Martın 10-da ödənişsiz hüquqi yardım aksiyaları keçiriləcək


  • 2 Mart 2023 12:06

Martın 10-da 2023-cü il “Heydər Əliyev İli” Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində Respublika ərazisində ödənişsiz hüquqi yardım aksiyaları keçiriləcək.

E-huquq.az xəbər verir ki, ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar “Açıq qapı” günü təşkil ediləcək.

Eyni zamanda həssas qrupların yerləşdiyi ünvanlarda bu cür aksiyalar təşkil ediləcək.

Əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81)

Oxşar xəbərlər