"Gender problemi bəzi dövlətlərdə hələ də aktual olaraq qalmaqdadır" - Anar Bağırov


  • 2 İyun 2023 10:14

"Gender bərabərliyinin hərtərəfli təmini demokratik inkişaf yolunu tutmuş bütün dövlətlərin başlıca məqsədlərindəndir. Hazırda dövlətlərin qarşısında duran əsas məqsədlərdən biri də qadınların daha səmərəli fəaliyyəti yəni gender bərabərliyinin təmini üçün mühitin yaradılmasıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, gender bərabərliyinin təmini istiqamətində bir çox ölkələrdə müxtəlif qanunlar qəbul edilib, müəyyən addımlar atılıb.

"Məlum olduğu kimi Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət kimi gender bərabərliyinin təmini istiqamətində ilk qətiyyətli addımını atıb. Bu hüquq qadınlara Amerikada 1920-ci, Türkiyədə 1930-cu, İspaniyada 1931-ci, Fransada 1944-cü, İtaliya 1946-cı, İsveçrədə isə 1971-ci ildə verilib. Təəssüf ki, bizim üçün uzaq keçmişdə öz həllini tapan gender bərabərliyinin təmini ilə bağlı məsələlər bəzi dövlətlərdə hələ də aktual problem olaraq qalmaqda davam edir", - deyə A.Bağırov qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər