Bu gün Vəkillər Kollegiyası ilə AMEA Hüquq və İnsan Hüquqları İnstitutu arasında anlaşma memorandumu imzalanıb.
E-huquq.az xəbər verir ki, anlaşma memorandumuna əsasən gələcək əməkdaşlığın əsası qoyulacaq, ödənişsiz hüquqi yardım, o cümlədən vəkillərin davamlı tədrisi ilə bağlı birgə tədbirlər keçiriləcəkdir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu memorandumu vəkilliyin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.
