Məzmuna keç

Almaniyanın ölkəmizdəki səfiri Vəkillər Kollegiyasında olub – FOTOLAR

Almaniyanın ölkəmizdəki səfiri Vəkillər Kollegiyasında olub - FOTOLAR

Bu gün Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri cənab Volfqanq Maniqin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətində olub.

Qonaqları salamlayan Vəkillər Kollegiyasının sədri Anar Bağırov son iki ildə ölkəmizdə vəkilliyin inkişaf etdirilməsi sahəsində görülmüş işlər, xüsusilə vəkillərin sayının artırılması, regionlarda vəkil çatışmazlığı, Kollegiyanın müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı barəsində ətraflı məlumat verib, habelə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə Vəkillər Kollegiyası arasında formalaşmış əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və bu əlaqlərin davam etdirilməsinin zəruriliyi barədə fikirlərini bölüşüb.

Daha sonra səfir Maniq ölkəmizdə artıq 6-cı aydır ki fəaliyyətinin davam etdirməsi, peşəcə hüquqşünas olduğunu nəzərə alaraq Azərbaycanda hüquq institutlarının inkişafında maraqlı olmasını, bundan əvvəl ölkəmizin Konsititusiya Məhkəməsinin sədri və Baş prokuroru ilə görüşdüyünü bildirib. Eyni zamanda, qonaq tərəfindən bildirilib ki, ölkəmizin iqtisadi potensialının gücləndiyini, ələlxüsus, Azərbaycanın inkişaf etməkdə olan ölkələrin sırasından çıxaraq inkişaf etmiş ölkələrin sırasına daxil olma potensialının yüksək olduğunu nəzərə alaraq gələcəkdə müəyyən istiqamətlər üzrə Almaniya Federativ Respublikasının inkişaf proqramları çərçivəsində ölkəmizə dəstəyinin həcminin azaldılacağı barədə fikirlərini bildirib. Bununla belə, GIZ-nin “Yaxşı idarəçilik və qanunun aliliyi” təşəbbüsü üzrə vəkillərin peşə bacarıqlarının artırılması və sair aidiyyəti istiqamətlər üzrə dəstəyin verilməsinin vacibliyi qeyd olunub.

Sonda rəsmi qonağa Vəkillər Kollegiyasının xatirə hədiyyələri təqdim olunub, xatirə fotosu çəkilib.