Vəkillər Kollegiyası 3 vəkilin fəaliyyətinə xitam verdi


  • 9 Aprel 13:12

Üç vəkilin Vəkillər Kollegiyası üzvlüyündən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin aprelin 8-də keçirilən iclasında elan olunub.

Belə ki, 2 vəkil qeyri-prosessual münasibətlər zəminində danışıqlar aparıb və müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alıb, 1 vəkil isə dövlət hesabına yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməyərək formal vəkillik fəaliyyəti ilə məşğul olub.

Bundan başqa, iclasda 3 vəkilə irad tutulması, 2 vəkilə intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilməsi və 1 vəkilə isə töhmət verilməsi barədə qərar qəbul olunub.

Oxşar xəbərlər