“Məhkəmə sistemində rəqəmsallaşmanın sürətləndirilməsi zəruridir” - Sloveniyanın Məhkəmə-Hüquq Şurasının sədri


  • 16:42

Sloveniyada məhkəmə idarəetməsində rəqəmsallaşma sahəsində mühüm addımlar atılıb.

E-huquq.az xəbər verir ki, bunu Sloveniya Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri Urska Kezmah Bakıda keçirilən Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda “Sloveniyada məhkəmə idarəetməsində rəqəmsallaşma problemləri” mövzusunda çıxış edərkən deyib.

Onu sözlərinə görə, rəqəmsal transformasiya üzrə qanunvericilik bazası formalaşdırılıb, elektron sistemlər yaradılıb, cinayət işləri üzrə prosedurlar və məhkəmə qərarlarının icrası üçün müasir texnologiyalar tətbiq olunub: “Bununla belə, rəqəmsallaşmanın sürətləndirilməsi zəruridir".

Oxşar xəbərlər