- 17:34
Azərbaycan Respublikasi Dövlət Neft Fondunun Qonaqların qəbuluyla bağlı təşkilati xidmətlər üçün elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, sözügedən tenderin dəyəri 139.995,20 manat olub.
Şəbnəm Mehdizadə