Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi oldu - YENİLƏNİB


  • 17:34

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı olub.

E-huquq.az xəbər verir ki, mərasimdə açılışın rəmzi lenti kəsilib.

***

Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.

Oxşar xəbərlər