- 16:33
"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı qanun layihəsi uğurla icra edilən siyasi islahatların məntiqi davamıdır".
E-huquq.az xəbər verir ki, bunu deputat Bəxtiyar Sadıqov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Azərbaycan ilk dəfə müstəqilliyini əldə etdikdən sonra qarşısında bir sıra mühüm məsələlər dayanırdı. Lakin müstəqilliyimizi itirdiyimizə görə bu məsələlərin bir çoxu yarımçıq qaldı. İkinci dəfə müstəqillik əldə edildikdən sonra hüquqi islahatlar davam etdirildi, lakin Ermənistanın təcavüzü bu prosesin tam həyata keçirilməsinə mane oldu. Bu gün isə artıq yeni bir reallıq mövcuddur. Qanunvericilikdə edilən dəyişikliklər məntiqi və düzgün addımlardır. Bu dəyişikliklər vahid icra hakimiyyəti orqanının daha səmərəli fəaliyyət göstərməsini təmin edəcək. Nəticədə həyata keçirilən işlərin tempi artacaq və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar yaranacaq", - deyə o qeyd edib.
Şəbnəm Mehdizadə