Məzmuna keç

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası 21 min manatlıq sifariş verdi

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin mətbəx üçün məişət əşyalarının, hazır yeməyin daşınması üçün avadanlıqların satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Gülay 2012" MMC olub.

Məlumata görə, qalib şirkətə 21.171,56 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə