- 17:27
"Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Məhz bu səbəbdən Naxçıvanda operativ və səmərəli idarəetmənin təmin olunması üçün qanuna edilən dəyişikliklər olduqca vacibdir".
E-huquq.az xəbər verir ki, bu sözləri deputat Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat deyib ki, bu dəyişikliklərin əsas mahiyyətində dövlət orqanları arasında səlahiyyət və məsuliyyət bölgüsündə tarazlıq prinsipinin təmin edilməsi dayanır: "Biz Naxçıvanın qarşısında dayanan problemləri həll etməliyik. həllinə çalışmalıyıq. Çalışımalıyıq ki, Naxçıvan əhalisinin həyat şəraiti daha da yaxşılaşdırısılın, yeni iş yerləri açılsın".
Şəbnəm Mehdizadə