İnnovasiya və Təchizat Mərkəzinin 17 milyon manatlıq tenderi ləğv edildi - SƏBƏB


  • 16:51

İnnovasiya və Təchizat Mərkəzi Publik Hüquqi Şəxsinin “İmtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri”nin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Qeyd edək ki, həmin tenderin dəyəri 17.135.936,78 manat olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər