Məzmuna keç

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək

Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

E-huquq.az xəbər verir ki, dəyişikliyə əsasən, energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub.