- 19:18
Düz beş il bundan əvvəl bu ərazi (Horovlu kəndi) işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq.
E-huquq.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə deyib.
Bir neçə gündən sonra tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyimizi söyləyən dövlət başçısı vurğulayıb:
"8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb".