Kəlbəcərdə yük maşınları toqquşdu


  • 28 Oktyabr 23:07

Kəlbəcər rayonunda iri tonnajlı yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, iri tonnajlı avtomobil eyni istiqamət üzrə hərəkət edən digər yük maşınına çırpılıb. Qəzaya səbəb yük maşınlarından birində yaranmış nasazlıq olub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

İlkin məlumata görə, qəzada xəsarət alan olmayıb.

Oxşar xəbərlər