Əli Əsədov qərar imzaladı


  • 17:22

"Yüksəkixtisaslı miqrant" portalının əsasnaməsi təsdiqlənib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həmçinin portala inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı da təsdiq edilib.

Ümumilikdə qərar portalın fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. "Yüksəkixtisaslı miqrant" portalı müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərinin elektron qaydada qəbulunu və cavablandırılmasını, eyni zamanda Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edəcək.

Oxşar xəbərlər