- 14:17
 
                     
            İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.
E-huquq.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.