"AXCP-Müsavat dövründə iqtisadiyyatımız ciddi tənəzzülə uğramışdı" - DEPUTAT


  • 11:15

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yeni iqtisadi inkişaf dövrü başlayıb.

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı qələbə yalnız ərazi bütövlüyünün bərpası ilə əlaqəli deyil, həm də ölkə iqtisadiyyatı və ordusunun gücü ilə sıx bağlıdır.

O, Azərbaycanın müstəqillik dövründə iqtisadiyyatının üç əsas mərhələdən keçdiyini vurğulayıb: "AXCP-Müsavat dövründə yarıtmaz siyasət nəticəsində iqtisadiyyatımız ciddi tənəzzülə uğramışdı. Lakin Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə başlayan islahatlar dövrü, yəni 1993-2003-cü illərdə ölkəmizin iqtisadi inkişafını təmin etdi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Onun dövründə ölkə iqtisadiyyatı dörd dəfədən çox böyüyüb".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər