"Son 5 il bizim Zəfər tariximizdir"


  • 11:27

"Son 5 il bizim Zəfər tariximizdir, biz hər gün yeni qələbələr qazanırıq".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, son beş il Azərbaycan üçün zəfər dövrüdür: "Biz hər gün yeni qələbələr qazanır, hər gün daha böyük uğurlar əldə edirik. Erməni işğalı nəticəsində dağılan torpaqlarımızda quruculuq işləri davam edir"

H.Hüseynova vurğulayıb ki, Azərbaycan dövləti öz tarixi vəzifəsini şərəflə yerinə yetirərək, bütün gücünü səfərbər edib: "Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq son mərhələdədir. Regionda yeni reallıq yaradan İlham Əliyev sayəsində Azərbaycan dünya səhnəsində ciddi qəbul edilən və nüfuzlu bir dövlətə çevrilib".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər