- 13:13
"İçərişəhərdə Milli Ensiklopediyanın binası var. Onun qarşısında Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəli yerləşir. Lakin binanın birinci mərtəbəsində restoran var. Bu, doğru deyil".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Milli Məclisdə bu gün keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
"Burada Zərdabi sanki restoranın qapıçısı rolunda göstərilir. Mən təklif edirəm ki, həmin heykəl başqa bir yerə köçürülsün. Bu ənənə bizdə mövcuddur, amma maarifçinin heykəlinin restoranın qapısında qalması düzgün deyil", - deyə o bildirib.
Şəbnəm Mehdizadə