TV-lərdə Azərbaycan ədəbi dilinin normalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi təklif olunur


  • 13:13

Televiziya efirlərində Azərbaycan ədəbi dilinin pozulmasına görə cərimələrin sərtləşdirilməsi təklif olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda bildirib.

"Hesab edirəm ki, reklamlar və verilişlərdə ədəbi dil normalarının pozulmasına görə cərimələr daha da sərtləşdirilməlidir", - deyə o qeyd edib.

Ə.Hüseynli çıxışında deyib ki, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışında söylədiyi fikirlər təsadüfi deyil: "Bu fikirlər "Konstitusiya və Suverenlik İli"ndə səsləndirilib. Dövlət dili, müstəqilliyin əsas atributlarından biridir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər