"Üçtərəfli formatlarda dialoqun davam etdirilməsi planlaşdırılır" - Ceyhun Bayramov


  • 13:49

Bu gün keçirilən görüşlər zamanı Biz beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan–İran münasibətlərinə diqqətlə nəzər saldıq.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə bildirib.

Nazir qeyd edib: "Regional formatlarda, həmçinin siyasi, iqtisadi sahələrdə, habelə Azərbaycan–İran–Rusiya və Azərbaycan–İran–Türkiyə üçtərəfli formatları barədə müzakirələr apardıq və bu dialoqun davam etdirilməsi planlaşdırılır".

Oxşar xəbərlər