Məzmuna keç

Sumqayıt Şəhər İcra Hakimiyyətinin 140 minlik tenderinin qalibi məlum oldu

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhərində küçə və prospektlərdə yol cizgilərinin çəkilməsi və yol səki daşlarının yuyularaq rənglənməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Dream Construction Company" MMC olub.

Məlumata görə, qalib şirkətə 140.188,25 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə