Deputat: "Süni intellekt iqlim dəyişikliyinin qarşısını almaqda yeni alətdir"


  • 15:47

"İqlim dəyişikliyi təkcə ekoloji deyil, qlobal problemdir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "İqlim dəyişikliyi ilə mübarizədə suni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda deyib.

"BMT-nin hesabatlarına görə, iqlim dəyişikliyinə bir çox amil səbəb olur. Burada qalıq yanacaqların payı 27,36 faiz təşkil edir. Nəqliyyat vasitələri 15 faiz, sənaye istehsalı isə 11 faiz həcmində bu dəyişiklikdə rol oynayır. Belə bir dövrdə süni intellektin inkişafı strateji bir alət kimi diqqət mərkəzinə çıxır. Təsadüfi deyil ki, süni intellektin istifadəsi ölkəmizdə prioritet elan edilib. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ölkəmizin inkişafında innovasiyanın və elmin mühüm rol oynadığını qeyd edib. Süni intellekt sahəsində həyata keçirilən islahatlar isə qanunverici orqandan ardıcıl və məqsədyönlü fəaliyyət tələb edir", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər