"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib


  • 11:39

Nazirlər Kabineti "Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiq edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi keyfiyyət informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Keyfiyyət informasiya sistemində formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalında yerləşdirilməsini təmin etməli, RİNN isə ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, Agentliklə ilə birlikdə Keyfiyyət informasiya sisteminin "Hökumət buludu"na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə RİİN ilə birlikdə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Əsasnamə Keyfiyyət informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Sistemin sahibi Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzidir.

Oxşar xəbərlər