- 13:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Əmək Məcəlləsinə məzuniyyətlə bağlı təklif olunan dəyişikliyin mahiyyətini açıqlayıb.
E-huquq.az-ın məlumatına görə, o, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib ki, yeni dəyişikliklərlə işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq:
"Bilirsiniz ki, işçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra altı ay ərzində aldığı əməkhaqqı 12 aya bölünürdü. Belədə təbii olaraq məzuniyyət dövrü üçün orta əməkhaqqının aşağı düşməsinə gətirib çıxarırdı. Yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boş dayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq. Bunlar əməkhaqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq. Bu isə işçinin normal məzuniyyət dövrü üçün əməkhaqqına bərabər orta əməkhaqqı almasına gətirib çıxaracaq".