Məzmuna keç

Dövlət Vergi Xidmətinin 2,9 milyonluq tenderinin qalibi məlum oldu

Dövlət Vergi Xidmətinin istifadəsində olan avadanlıqlara proqram təminatlarına texniki dəstəyin göstərilməsi və lisenziyaların satın alınması məqsədilə elan edilmiş tender yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, tenderin qalibi "Caspel" MMC olub.

Qeyd edək ki, bu xidmətlər qarşılığında şirkətə 2.926.311,5 AZN ödəniş olunacaq.

Şəbnəm Mehdizadə