"Ulu Öndərin irsi Azərbaycanı ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəldəcək" - Fəzail Ağamalı


  • 11:07

"2020-ci ildə əldə etdiyimiz Zəfər Azərbaycanı dünya miqyasında qalib dövlətə, xalqımızı isə qalib xalqa çevirdi. Bütün bunların əsasında və kökündə Ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümündə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bu irs Azərbaycanın ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini təmin edəcək: "Buna şübhə ola bilməz".

"Ulu Öndərin ruhu qarşısında baş əyir, ona Allahdan rəhmət diləyirəm", - deyə deputat əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər