- 13:15
"Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etmək və siyasi-iqtisadi sahədə inkişafını təmin etmək üçün böyük işlər görmüş dahi liderdir".
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümündə jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, bugünkü müstəqil Azərbaycan Ulu Öndərin əsəridir.
Səfir, həmçinin Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsindəki roluna da diqqət çəkib: "Türkiyə və Azərbaycan arasındakı tarixi qardaşlığın yenidən bərpasına Heydər Əliyevin böyük töhfəsi olub. "Bir millət, iki dövlət" şüarını dilə gətirən və bizə miras qoyan şəxs məhz Heydər Əliyevdir. Allahdan ona rəhmət diləyirəm!".
Şəbnəm Mehdizadə