Səhər acqarına qəhvə içmək təhlükə yaradır - DİETOLOQ


  • 17:26

"Qəhvə gün ərzində içdiyimiz mayelər içərisində orta dərəcədə olarsa, bir o qədər də zərərli deyil. Amma iş burasındadır ki, indi insanlar bu dərəcəni müəyyən edə bilmir və bir çox hallarda normanı aşırlar".

Bunu e-huquq.az-a açıqlamasında dietoloq Leyla Zülfüqarlı deyib.

Onun sözlərinə görə, insanlar adətən qəhvə istehlakını nəzarətsiz şəkildə artırır, normanı aşırlar və bunun da sağlamlığa mənfi təsiri olur. "Burada orta dərəcə prinsipi əsas götürülməlidir"

Dietoloq, həmçinin vurğulayıb ki, səhər vaxtı acqarına qəhvə içmək qətiyyən olmaz: "Bu, çox zərərlidir".

"Gündə bir fincandan artıq qəhvə içmək tövsiyə edilmir. Qəhvə orqanizmdə bəzi maddələri, məsələn maqneziumu, dəmiri qovur. Qəhvə içərkən həm də insanın somatik vəziyyəti nəzərə alınmalıdır. Məsələn, 40 yaşdan çox yaşı olan şəxslərə daha az qəhvə içmək tövsiyə edilir. Həmçinin qadın və kişi orqanizmində bu fərqlidir. Halbuki insanlar bunları düşünmədən günə qəhvə ilə başlayıb, qəhvə ilə bitirirlər. Belə olduğu halda qəhvə insanı tox saxlayır və aclıq hiss etmir. Lakin bədən heç bir maddə, vitamin qəbul etmir. Bu zaman bədəndə vitamin çatışmazlığı yaranır. Çox qəhvə içən insanlar əzələ kütləsini itirirlər. Qəhvənin günün birinci yarısında içilməsi məsələhətdir. Saat üçdən sonra içilən qəhvənin bədənə faydası yox, ziyanı var", - deyə L.Zülfüqarlı qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər