Bu il metronun yeni stansiyası açılacaq


  • 13:55

“10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

O qeyd edib ki, bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur: “2025-ci ildə B4 adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib”.

Xatırladaq ki, B4 stansiyası Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir.

Oxşar xəbərlər