Əmlak Məsələləri Dövlət Xidməti 7,1 milyonluq tenderinin qalibini açıqladı


  • 17:31

Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2026-cı il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi GESCO ASC-dir.

Məlumata görə, qalib şirkətə göstərəcəyi xidmətə görə 7.169.632,8 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər