- 17:31
Sabah 10:00-dan saat 22:00-a qədər Bakının Xətai rayonunun bəzi ərazilərində su kəsiləcək.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsidir. İşlər yekunlaşdıqdan sonra istismar qaydalarına uyğun olaraq suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək.