- 18:10
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova general-polkovnik rütbəsi verilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şahin Soltan oğlu Bağırova "gömrük xidməti general-polkovniki" ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, yanvarın 30-u Dövlət Gömrük Komitəsinin yaradılmasının 34 ili tamam olur.