- 16:39
Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
"Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub", məlumatda deyilir.
***
Bakıda azyaşlı uşağın valideynləri axtarılır.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.
Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı 8 yaşlı uşağı aşkarlayıblar.
O, valideynindən küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.
Ətraflı videoda: