Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü


  • 17:03

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistan səfiri Qurbanmamet Elyasovla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hikmət Hacıyev və Qurbanmamet Elyasov ikitərəfli əməkdaşlıq üzrə maraq doğuran məsələləri müzakirə ediblər, 2025-ci ilin nəticələrinə dair fikir mübadiləsi aparıblar.

Bildirilib ki, Azərbaycan və Türkmənistan liderlərinin təşəbbüsləri nəticəsində ölkələr arasında strateji əlaqələr qardaşlıq ruhunda inkişaf edir.

Görüş zamanı 2026-cı ildə Azərbaycan və Türkmənistanda keçiriləcək tədbirlər, beynəlxalq forumlar, görüşlər və digər mövzular haqqında da danışılıb.

2026-cı ilin payızında keçiriləcək Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycanın bu formatda iştirakının regional əməkdaşlıq və dialoqa mühüm töhfə verəcəyi qeyd olunub.

Oxşar xəbərlər