- 18:45
İdman insan sağlamlığında mühüm rol oynayır. Son illər Azərbaycanda da gənclər və yaşlı nəsil arasında idmana maraq artıb. Təsadüfi deyil ki, ölkəmizdə idman zallarının, idmanla məşğul olan şəxslərin sayı günü-günü artır. Lakin hər bir insanın bədən quruluşu və sağlamlıq vəziyyəti fərqlidir. Ona görə də bəzi insanlar üçün idman, müəyyən xəstəliklər və ya zədələr səbəbindən təhlükəli ola bilər.
Mövzu ilə bağlı e-huquq.az-a danışan tibb üzrə ekspert, həkim Aydın Əliyev bildirib ki, idmanla məşğul olmazdan əvvəl bütün müayinələrdən keçmək lazımdır.
"Peşəkar idmanla məşğul olmaq istəyənlərdən sağlamlıq haqqda arayış tələb edilir. Bu əbəs yerə deyil. Çünki əgər kimsə idmanla məşğul olmaq istəyirsə, risklərə qarşı müayinə olunmalıdır. Ola bilər ki, həmin şəxsin gizli xəstəliyi var və bu xəstəlikdən onun özünün də xəbəri yoxdur. Ona əslində idman etmək olmaz. Müayinə olunmazdan əvvəl idmanla məşğul olmaq ciddi fəsadlara səbəb ola bilər. Bəzi hallarda bu, hətta ölüm halına da gətirib çıxara bilir", - deyə o qeyd edib.
Həkim deyib ki, əgər kiminsə sağlamlıq əziyyəti icazə vermirsə, idmanla məşğul olmağın faydası yoxdur: "Bunun əksinə zərəri var. Bu həm də bir individual məsələdir. İnsanın sağlamlıq durumu, xəstəliyin dərəcəsi nəzərə alınamlıdır. Kiminsə ayağında ciddi problem varsa əl idmanı ilə məşğul ola bilər. Belində hansısa problem varsa ağırlıq qaldırmaq qəti şəkildə olmaz. Ümumilikdə isə ürək xəstəliyi, yüksək qan təzyiqi olaanlara, şəkərli dibaetdən əziyyət çəkənlərə, hamilə qadınlara idmanla məşğul olmaq tövsiyə edilmr".
Şəbnəm Mehdizadə