Gömrük sərhədindən güzəştli qaydada keçirilən malların siyahısı genişləndirildi


  • 10:30

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyənlənmiş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ili ərzində bir dəfə 1 ədəd mobil cihazı güzəştli qaydada (ödənişsiz) gömrük sərhədindən keçirmək mümkün olacaq.

Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər