Dövlət qurumlarında nə baş verir? - Deputat ixtisarlardan danışdı


  • 11:28

"Dövlət qurumlarında xeyli ixtisarlar aparılır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, işsizlik ciddi sosial problemlərə yol aça bilər: "İşdən çıxarılan şəxslər ya yeni işlə təmin olunmalı, ya da onlara müvafiq müavinət verilməlidir".

F.Mustafa vurğulayıb ki, bir sıra dövlət qurumlarında, o cümlədən Bakı Metropolitenində ixtisarların sayı kifayət qədər çoxdur. İşçilərə başqa işlə təmin olunacaqları ilə bağlı vədlər verilsə də, əksər hallarda bu vədlərə əməl edilmir.

Deputatın fikrincə, belə hallar gələcəkdə ciddi təhlükələrə səbəb ola bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər