Gənclərin sosial şəbəkələrdə etik davranışı ilə bağlı dərsliklərin hazırlanması təklif olunur


  • 11:49

"Müasir dövrdə gənclərin həm real, həm də virtual məkanda fəallığı mövcuddur və xüsusilə virtual məkanda maarifləndirmə işləri gücləndirilməlidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında deyib.

Deputat sosial şəbəkələrdə gənclərin etik davranışı və hüquq pozuntuları ilə bağlı dərsliklərin hazırlanmasının vacibliyi vurğulanıb: "Gənclər ictimai məkanda olduğu kimi, virtual məkanda da öz məsuliyyətlərini dərk etməlidirlər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər