"Təcrübəsi olmayan şəxsi işə götürməsək, o necə təcrübə qazanacaq"


  • 12:13

"Gənclərin əmək bazarına çıxışında ciddi maneələr var"

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.

"İşə götürən işçidən təcrübə tələb edir. Amma təcrübəsi olmayan şəxsi işə götürməsək, o necə təcrübə qazansın? Bu ziddiyyət illərdir davam edir", - deyə deputat qeyd edib.

R.Nurullayev təklif edib ki, ilk dəfə rəsmi əmək müqaviləsi ilə işə başlayan gənclərə vergi və sığorta güzəştləri tətbiq edilsin. Eyni zamanda, "ilk iş yeri" proqramları təsbit edilsin.

Onun sözlərinə görə, məqsəd gənc kadr potensialını itirməmək, onların əmək bazarına çıxışını təmin etmək və uzunmüddətli dövrdə ölkənin iqtisadi inkişafına dəstək olmaqdır.

"İnanıram ki, gənclərin əmək bazarına çıxışı daha da asanlaşacaq", - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər