Naxçıvan Ali Məclisin komissiya sədrlərinin adları məlum oldu


  • 2 Fevral 22:22

Naxçıvan Muxtar Respublikası Ali Məclisin komissiya sədrlərinin adları məlum olub.

E-huquq.az xəbər verir ki, bu gün Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclası keçirilib.

Qeyd edilib ki, Daxili Nizamnaməyə əsasən Ali Məclisin yaz sessiyasının birinci iclasında Hesablayıcı və İntizam komissiyaları yaradılır. Həmin komissiyalar Ali Məclisin deputatları sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir.

Müzakirə olunan məsələlərlə bağlı hazırlanmış “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarları oxunduqdan sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. Həmçinin komissiyalara yeni sədrlər seçilib.

Belə ki, Məmmədov Bəhruz Qibləli oğlu Ali Məclisinin Hesablayıcı Komissiyasına, Əliyev Əjdər Zahid oğlu isə İntizam Komissiyasına sədr seçiliblər.

Oxşar xəbərlər