- 15:52
Pakistanın paytaxtı İslamabadda İmam Bargah Məscidində baş verən partlayışda ölənlərin sayı 31 nəfərə çatıb.
E-huquq.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, yaralıların sayı 169 nəfərə çatıb.
***
Pakistanın paytaxtı İslamabadda məsciddə partlayış baş verib.
E-huquq.az “BBC News”a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb.
Hadisə Şiə məscidində cümə namazından sonra baş verib.
Humay Eminqızı