Bakıda əkiz körpələr dəm qazından boğularaq öldü - YENİLƏNDİ


  • 14:46

Bakıda dəm qazından ölən körpələrin əkiz bacı-qardaş olduğu məlum olub.

E-huquq.az xəbər verir ki, hazırda faktla bağlı araşdırma aparılır.

***

14:12

Bakıda 2 körpə dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Məlumata görə, 2024-cü il təvəllüdlü F.S. və bacısı 2024-cü il təvəllüdlü K.S. Ş.Səmədov küçəsində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər