Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı proqramlarına dəyişiklik edildi


  • 18:41

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a bildirilib ki, BB vəzifə qrupu üzrə proqrama əməliyyat sistemləri bölməsi, AB vəzifə qrupuna aid proqrama isə “Microsoft Excel 2019” cədvəl prosessoru bölməsinə aid olan Funksiya kateqoriyaları və “MS Excel 2019” elektron cədvəlinin əsas funksiyaları və onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Proqramdakı dəyişiklik 2026-cı il aprel ayından etibarən keçirilən imtahanların məzmununda əks olunacaq.

Oxşar xəbərlər