Yeni sədr kimdir?


  • 14:35

Məlum olduğu kimi, bu gün Dövlət Statistika Komitəsinə sədr təyinatı olub. Prezident İlham Əliyevin Sərəncamı ilə bu vəzifəyə Azər İsmayıl oğlu Mursaqulov gətirilib.

E-huquq.az yeni sədrin dosyesini təqdim edir:

Azər Mursaqulov 1981-ci ildə anadan olub. O, 2003-cü ildə Türkiyənin Boğaziçi Univesitetindən məzun olub. ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun baş qərargahında fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən indiyə qədər Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini icra edib.

Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvüdür.

Oxşar xəbərlər