- 21:33
ABŞ Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
E-huquq.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının mətnində deyilir.
"Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər", - Xartiyanın mətnində qeyd olunur.