- 13:32
"Azərtibbtəchizat" MMC-nin müəssisənin işçiləri üçün kompleks nahar yeməyin satın alınması (keytrinq xidməti) ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 51.131,76 manat olub.
Şəbnəm Mehdizadə