- 12:37
“Yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələri ölkə üzrə bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşması nəzərə alınaraq, Ədliyyə Nazirliyinin metodoloji dəstəyi ilə hazırlanıb və bələdiyyə iclaslarında təsdiq edilib”.
E-huquq.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı bildirib.
Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində həmin nizamnamələrin Hüquqi Aktların dövlət reyestrinə daxil edilməsi təmin edilib.
Şəbnəm Mehdizadə