Bələdiyyələrin büdcə gəlirlərində artım müşahidə edilir


  • 11:21

“2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmaları müsbət nəticələr göstərib. 2024-cü illə müqayisədə yerli büdcələrə yerli vergilərdən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olub”.

E-huquq.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı bildirib.

“Eyni zamanda, 2025-ci il ərzində inzibati nəzarət orqanı tərəfindən 273 maarifləndirmə tədbiri həyata keçirilib və bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib. Bundan əlavə, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı 6074 tövsiyə göndərilərək müxtəlif məsələlər üzrə bələdiyyələrə metodoloji dəstək göstərilib”, - deyə nazir müavini vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər